Keçmiş məcburi köçkünlər Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik ediblər
XƏBƏRLƏR
Onlar uzun illərin ayrılığından və məhrumiyyətlərindən sonra doğma yurda qayıdırlar. Bu möhtəşəm hadisə hər birinin qəlbində sevinc, qürur və minnətdarlıq hissi doğurur. Keçmiş məcburi köçkünlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə təbrik edirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda Böyük Qayıdışın iştirakçısı olan şəhid ailələrinin üzvləri, müharibə veteranları, ziyalılar və digər ictimai təbəqələrdən olan insanlar dövlətimizin başçısına ən xoş arzularını bildirirlər.