“Polşa prezidenti yaxşı bilməlidir ki, Avropa İttifaqının “mülki missiysı” bölgədə qeyri-qanuni fəaliyyət göstərir”.
Bunu politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən “ARB24”-ə açıqlamasında deyib. O, əlavə edib ki, Avropa Siyasi İcmasının Praqada keçirilən görüşündə razılaşdırılmışdır ki, 2 ay müddətinə Avropa İttifaqının “mülki missiyası” Ermənistan ərazisində olacaq və 2 ay ötəndən sonra Azərbaycanla razılaşdırılmadan müddət uzadıldı.
Heç kimə sirr deyil k, onlar, keçmiş və hazırda olan hərbçilər xüsusi xidmət orqanlarının əməkdaşlarıdır və bu binokl diplomatiyasının bir parçası olmaq həm də Polşa ilə Azərbaycan arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər: “Aydındır ki, Ermənistan Rusiyanın geosiyasi oxundan uzaqlaşmaq üçün canfəşanlıq edir və Avropa da bu istiqamətdə Ermənistana dəstək göstərir”.
Avropanın Cənubi Qafqaza münasibətində Ermənistan üzərindən qurduğu oyunlar həm də İrəvanı yeni müharibəyə sürükləməkdən xəbər verir.
Tahirə AĞAMİRZƏ