08.09.2024, 07:36
AZ EN
26.12.2022, 20:26 333

İran erməniləri müharibəyə təhrik edir

YAZILAR

Dekabrın 26-da "Faktor" TV-də axşam xəbərləri sırasında Laçın dəhlizi ilə bağlı olaylar diqqəti daha çox çəkir. Video çarxlardan aydın olur ki, bir qrup erməni maşınlarla Xankəndiyədək yürüş etmək kimi ağılsız təşəbbüslə Ermənistanın sərhəddini keçərək rus sülhməramlılarının dayandıqları posta gəliblər və burada tərəflər arasında mübahisə baş verib. Hadisə yerinə gələn Volkovun adını deməyən müavini erməniləri sakitləşdirməyə çalışıb və qətiyyətlə bildirib ki, əgər Xankəndiyə gedən yoldakı Azərbaycan ekofəalları və polisləri ilə toqquşma olarsa, məsuliyyət məhz ermənilərin üzərinə düşəcək. Xeyli mübahisədən sonra komandir müavini ermənilərə uzaqlaşmasalar atəşaçılacağı barədə ciddi xəbərdarlıq edib. Aparıcının dediyinə görə, avtoyürüşçülərə geri qayıtmadıqları təqdirdə atəş açılması üçün məhz mərkəzdən əmr olduğu açıqlandıqdan sonra ermənilər geri qayıdıb başqa yolla Xankəndinə gedəcəklərini lovğalıqla bildiriblər.

Sözügedən televiziya kanalı "arsaxın sabiq müdafiə naziri" kimi təqdim etdiyi Samvel Babayanla müsahibədən hissəni də təqdim edib. S.Babayan xeyli sərsəmlədikdən sonra bəzi ölkələrin erməniləri dəstəklədiklərini bildirib və xüsusi vurğulayıb ki, İran bir neçə gündür Qarabağ,"Dağlıq Qarabağ"  "erməni arsaxı" ifadəsini işlədir, müharibə olarsa, ermənilərə açıq-aşkar hərbi texnika və canlı qüvvə ilə kömək edəcəklərini, bunun üçün islam inqilabı keşişçiləri korpusunun hazır vəziyyətə gətirildiyini bildirib.

Erməniləri müharibəyə təhrik etməklə özlərindəki etirazları unudan əxlaqs;z fars  molla  rejimi yəqin  erməni soydaşlarının yan;na qaçıb sağ qalacaqlarına ümid edirlər...

Nəsib

Oxşar xəbərlər