20.04.2025, 06:16
AZ EN
14.04.2025, 08:12 219

AŞPA prezidenti qara siyahıya daxil edilib

YAZILAR
  • “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan  nümayəndə heyətinin səlahiyyətinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 Avropa Şurası Parlament Assambleyası üzvləri kimi Assambleya prezidenti Teodoros Rusopulos da adı qara siyahıya daxil edilib”.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şursı Parlament Assambleyası prezidentinin Azərbaycan əleyhinə fikirlərinə münasibət bildirərkən deyib. O, bildirib ki, Rusopulos Azərbaycana soxulsa rədd ediləcəkdir.

Qeyd edək ki,  Teodoros Rusopulos “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə iddialar səsləndirib.

Avropa komissiyası Cənubi Qafqazda gedən proseslərə müdaxilə edir. Bu hal qəbuledilməzdir. Nəzərə alınmalıdır ki, regionda bir çox meqalayihələrə Azərbaycan-Türkiyə və Gürcüstan vasitəsilə imza atılıb. Bu, həm  nəqliyyat, həm də enerji sektorunu əhatə edir. Azərbaycan avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanlar yaradıb. Bura Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmiryolu, həmçinin Azərbaycanən Ələt limanı daxildir. Lakin Avropa nəqliyyat trazit imkanları haqqında deyil, yalnız sərhədlərin açılmasından danışır ki, bunun da Avropa komissiyasına aidiyyatı yoxdur.

“Cənubi Qafqaz regionunda  bütün meqalayihələrə Azərbaycan-Gürcüstan və Türkiyə vasitəsilə imza atılmışdır. Bu, həm nəqliyyat, eləcə də  enerji sektorunu əhatə edir. Bakı-Tbilisi-Ərzurum-Qars kəməri, Cənub-Qaz dəhlizinin əsas seqmentini təşkil edir. Bakı-Tbilisi-Qars dəmiryolu böyük bir coğrafiyada yükdaşımalar üçün mühüm amildir və geniş anlamda Qərb və Şərq, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında olan  bağlantılarda, bu avtomobil,  dəmiryol şəbəkəsi müstəsna əhəmiyyətə malikdir”.

Bu sözləri politoloq İlyas Hüseynov açıqlamasında deyib.

Avropa komissiyasının Gürcüstanın daxili işləri ilə bağlı mövqeyi də ürəkaçan deyil. Belə ki, Gürcüstanın müstəqilliyi və suverinliyi önəmlidir və Avropa İttifaqı bu prinsiplərə hörmətlə yanaşmalıdır.  Siyasi şərhçilərilər deyir ki, onların Gürcüstana müdaxilə etməklə öz siyasi missiyalarını həyata keçirmək niyyəti fiyaskoya uğrayacaq. Belə radikal düşüncədən çıxış etmək əlbəttə ki, yolverilməzdir.

Politoloq daha sonra əlavə edib ki, Avropanın enerji təhlükəsizliyi, eləcə də  nəqliyyat, logistika  əlaqələrinin formalaşdırılması yeni dünya trendlərinə uyğundur və burada da  Gürcüstan fəal iştirak edir. Eyni zamanda Gürcüstanın həm  daxili infrastrukturu, limanları və  digər bütün sahələrdə  modernizasiyada icra edilməkdədir. Bu da  yükaşırmanın həçmini bir qədər də artırır. Ticari, iqtisadi əlaqələrə müsbət  töhfə verir və əməkdaşlıq daha da möhkəmləndirilir”.

Azərbaycan Cənubi Qafqazın daxili işlərinə qarışılmasını qəbul etmir və region dövlətləri ilə münasibətlərini düzgün hesablayır. Geniş miqyaslı layihələrə imza atır. Eyni zamanda rəsmi Bakı Avropa komissiyası və Avropa təssisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyir. Lakin öz maraqlarını heçə saymaq hesabına yox.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər