18.06.2025, 12:48
AZ EN
30.12.2023, 11:30 244

Ermənistan marionetliyini davam etdirir

YAZILAR

Himayədarlarının vasitəsi ilə Azərbaycan torpaqlarında özlərinin tayfa psixologiyasına uyğun marionet dövlət yaradan ermənilər indi Qərbə daha çox inanaraq, xüsusilə, Fransanın boyunduruğu altına keçməyə ciddi cəhdlər göstərir və artıq buna nail olmaqdadır. Azərbaycan Prezidentinn köməkçisi Hikmət Hacıyevin TRT World televiziyasına verdiyi və reallığı tam əks etdirən müsahibəsində səsləndirdiyi fikirlər erməni siyasi səhnəsində qaşqabağla qarşılanıb. "Hraparak" yazır ki, Azərbaycan Ermənistanın dostu olan Fransaya qarşı guya düşmənçilik sərgiləyir. Fransanın Azərbaycandakı səfirliyinə verilən notanı, səfirliyin iki əməkdaşının arzuolunmaz şəxs kimi 48 saat ərzində ölkəni tərk etməsini siyasi qərəz və erməni - fransız dostluğuna qısqanclıq kimi dəyərləndirən ermənilər, görünür, tarixdən olduğu kimi diplomatik münasibətlərdən də xəbərsizdirlər.

Rusiyadan qaçıb Fransanın qucağına atılan Ermənistanın sonra kimə üz tutacağı məlum olmasa da bu ölkənin daim oyuncaq olacağı şəksizdir.

N.Qaramanlı   

Oxşar xəbərlər