13.05.2025, 00:56
AZ EN
04.03.2025, 15:30 206

Alen Simonyan jurnalistlərə nə xahiş etdi?

YAZILAR
  • Hayların spikeri Alen Simonyan jurnalistlərlə bu günkü söhbətində deyib ki, bəzi mətbuatın və müxalifətin qərəzli çıxışları həmişə ölkənin və vətəndaşların ziyanına işləyir.

O, son vaxtlar gündəmdən düşməyən hay separatçıların məhkəməsi barədə də müxtəlif yanlış fikirlər səsləndirildiyini, hakimiyyətin bu məsələ ilə bağlı seyrçi mövqedə olduğunun iddia edildiyini bildirərək deyib ki, şəxsən özü Azərbaycan Milli Məcəlləsinin sədri ilə hər görüşündə sözügedən məsələ masanın üstündə olub. Xatırladıb ki, əvvəllər 150 hay Bakıda idi, danışıqlar nəticəsində indi orada 23 nəfər qalıb və onlar barədə də daim iş aparılır. Müxalif mətbuatın və düşərgənin sözügedən məsələyə dair çıxışlarının heç bir əhəmiyyəti olmadığını yenidən xatırladan spiker jurnalistlərə xahiş edib ki, əgər onlar Bakıda məhkəməsi gedən haylara az da olsa acıyırlarsa dezinformasiya və feyk xəbərlər tirajlamasınlar, əksinə prosesə beynəlxalq qanunlara əsaslanaraq dəyər versinlər.

Qeyd edək ki, bu xəbəri paylaşan "Hraparak"ın özü də Azərbaycan barədə feyk xəbərlər yayan mətbuat qrupudur və onun rəhbəri spiker Alen Simonyanın qaynanasıdır.

N.Qaramanlı

Oxşar xəbərlər