20.04.2025, 06:14
AZ EN
15.03.2024, 11:47 262

Qardaş qardaşa arxadır

YAZILAR
  • Qazaxıstan prezidentinin ölkəmizə səfərdə olarkən xüsusilə Qarabağdakı tədbirlərdəki çıxışları Ermənistan mətbuatında məhz ermənisayağı şərh edilməkdədir.

İki xalqın eyni soydan olduğunu xatırladan haylar iki tərəfli əlaqələrin inkişafından narahat olduqlarını müxtəlif reallıqdan uzaq pafoslu fikirlərlə nümayiş etdirirlər. KTMT-nın hazırkı baş katibinin Qazaxıstan nümayəndəsi olması da hayların el təbirincə desək, kürkünə birə salıb. Sözügedən təşkilatdan Ermənistanın ilin sonunadək çıxacağını proqnozlaşdıran politoloq Suren Barseğyan deyib ki, 44 günlük müharibə gedərkən KTMT-nın ermənilərə kömək etməməsi də məhz həmin qurumdakı türk dövlətlərinin sayəsində gerçəkləşib. O, Qazaxıstandakı erməni diasporunun ünvanına tənqidi fikirlər də səsləndirib. Deyib ki, həmin diaspor milli maraqları deyil, yaşadıqları ölkənin maraqlarına xidmət  etməklə assimilyasiyaya uğrayacaqlarına özləri şərait yaradırlar. Qəribə və gülməli fikirdir. Axı Qazaxıstanın, yaxud hansısa başqa dövlətin vətəndaşı olan erməni niyə öz xalqının anti-bəşəri xülyalarının daşıyıcısı, icraedicisi olmalıdır? Bəlkə, qazaxların haylara borcu var? Onu da xatırladaq ki, hind, fars, fransız hayların bacısı olduğu kimi qazaxlar da türklərin qardaşıdır və qardaşın qardaşa dayaq olması təbiidir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər