"Hraparak"ın müxbiri Ara Aloyan yazıb ki, ikitərəfli hərbi sazişə və həmin sənədi imzalayan dövlət katibi Blinkenin sözlərinə görə gələn həftə ABŞ hərbçiləri Ermənistana gələrək İranla sərhəddə xidmətə başlayacaq. Bu isə İrana ona görə sərf etmir ki, heç nəyi müqəddəs hesab etməyən ABŞ Ermənistan ərazisindən İrana müxtəlif silahlardan atəş açar, bununla da yeni münaqişə ocağı yaranar.
Daim İsrailin və ABŞ-nin adlarını hədələyici ifadələrlə səsləndirən İran Ermənistanla sıx əməkdaşlıq və dostluq şəraitində olsa da, sözügedən sazişin imzalanmasına qarşı rəsmən çıxmasa da narahatlığını başqa tərzdə bildirib deyən müəllif iddia edir ki, Zəngəzur dəhlizi məsələsində də Ermənistanla oxşar marağı olan İran bölgədə yeni münaqişə ocağının yaranması ilə öz daxilindən zəifləyə və hətta bölünə, Ermənistan isə Rusiya və Azərbaycandan xilas yolu kimi ABŞ-ın bir ştatına çevrilməsə, nahaqdan qurban verilmiş əsgər aqibəti yaşayar.
Nəsib Qaramanlı