Fransa prezidentinin sözügedən çıxışını şərh edən politoloq Samir Hümmətov mətbuata açıqlamasında Makronun artıq reallıqları qəbul etdiyini bildirib. O, qeyd edib ki, Fransa artıq başa düşür ki, Azərbaycana qarşı sanksiya tətbiq etməyin heç bir mənası yoxdur. Bizimlə Fransa arasında ticarət əlaqələri o qədər də çox deyil: "Fransa ancaq özünün Azərbaycanla olan ticarət əlaqələrinə sanksiya qoya bilər. Əks halda Avropa Birliyinin Azərbaycanla olan ticarət və iqtisadi əlaqələrinə müdaxilə etmək hüququ və potensialı yoxdur. Çünki Avropa İttifaqının ən azı 9 dövləti Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi bağlamış dövlətlərdir. Bu dövlətlər Azərbaycanla strateji tərəfdaşlığı bir kənara qoyub Fransanın ağılsız hərəkətlərinə uymazlar. Fransa prezidenti Emmanuel Makron da bunu yaxşı başa düşür və yaranmış vəziyyətdən divident qazanmaq üçün belə bir açıqlama verib. Hər şeydən qabaq belə bir addım olarsa, itirən tərəf Azərbaycan yox, Avropa və Fransa olar. Çünki Azərbaycanın ixrac etdiyi neft və qaz Avropa üçün həyati önəm daşıyır. Avropa ölkələri yaxşı başa düşür ki, bu məsələdə hissiyatla deyil, siyasətlə hərəkət etmək lazımdır. Makron kimi təcrübəsiz bir siyasətçinin hisslərinə qapılıb yersiz hərəkət etməsi Avropa üçün çox da əhəmiyyətli deyil. Azərbaycan Qarabağda hər tərəfli formada öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Fransa da bu reallığı tam şəkildə qəbul etməlidir”,- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ