Politoloq İlyas Hüseynov bu barədə “Qafqaz”TV-yə açıqlamasında bildirib ki, Ermənistan öz qeyri-konstruktiv hərəkətləri ilə regiona yeni geosiyasi aktrlar dəvət edir. Avropa İttifaqının mülki missiyası və eyni zamanda atkiv sürətdə Qərb ilə əməkdaşlıq Rusiya tərəfindən böyük bir qısqanclıqla qarşılanır. Ermənistan həm sülhməramlıları, həm 102-ci bazanı, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bacardığı surətdə diskritasiya edir və onu kölgə altına salır. Bu da düşünürəm ki, Rusiya üçün qəbul olunan deyil. Qərbin pokranajlığı ilə tez-tələsik sülh müqaviləsinin imzalanmasına dair fikirlər Rusiya xarici işlər nazirliyinin MDB məsələləri üzrə kuratoru tərəfindən də böyük narahatlıqla qarşılanıb. Düşünürəm ki, Ərdoğanla Putin arasında keçiriləcək görüş bütün qaranlıq məsələlərə aydınlıq gətirəcək. Əlbəttə ki, Rusiya ilə Türkiyə arasında ortaq fikirlərin tapılması Cənubi Qafqazda sülhə xidmət edən addımlar kimi qiymətləndirilir.
Qeyd edək ki, səfərin avqustun sonunda reallaşacağı gözlənilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ