22.11.2024, 15:46
AZ EN
18.12.2022, 16:39 275

“Bəs, dost İranın bayrağı niyə görünmür?”

YAZILAR
  • Laçın yolu ilə bağlı erməni fitnəkarlığl dekabrın 18-də də davam etdirilib. “Hraparak" və digər erməni media qurumlarının yaydıqları  materialların əksəriyyətinə, qısa da olsa, nəzər saldıqda belə qənaətə gəlinir.

İki gün öncə ermənilərin "Qütb", "5165" kimi antirusiya təşkilatlarinın keçirdikləri etiraz aksiyasından sonra aclıq elan edən erməni qadınların dördünün üzlərini örtərək acgözlüklə "buterbrot" yemələrinin sosial şəbəkədə yayılması müxtəlif şərhlərə səbəb olub.

Bu da ermənilərin, o cümlədən erməni siyasi elitasının iç üzünü bir daha açıqlayır. Yolun ruslar tərəfindən bağlanması və yeri gələndə açılması barədə videoçarxı da öz xəstə təxəyyülləri ilə dəyərləndirən hayların "rus, çıx get" deyə qışqırdıqları aksiyada Avropa İttifaqının, ABŞ-ın, Fransanın dövlət bayraqlarını dalğalandırmalarına münasibət bildirən jurnalistin "bəs, dost İranın bayrağı niyə görünmür?" sualı isə Marine Dallakyan tərəfindən belə cavablandırılıb: "Biz Avropanı qəzəbləndirə bilmərik".

Nəsib QARAMANLI

Oxşar xəbərlər