Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Real”-a açıqlamasında deyib ki, hazırda Fransa Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyir. Ermənistan vasitəsilə regiona nüfuz edir. Ermənistanı silahlandırır və revanşist qüvvələri ayağa qaldırır: “ATƏT-in Minsk qrupu ilə bağlı məsələ burada müzakirə olunacaqsa, şübhəsiz ki, Fransa tərəfi buna qarşı çıxacaqdır. Bütün müraciətlər fiaskoya uğraya bilər. Amma bu cəhdi həyata keçirmək də önəmlidir. Fransanın mövqeyi bir qədər yumşala da bilər, sülh istiqamətində fikri oyana bilər. Yəni bunun üçün prosesi həmin nöqtəyə qədər aparmaq lazımdır”.
Ekspertlərin qənaətincə, İrəvan rəhbərliyinin sülh gündəliyi ilə bağlı prosesləri rəsmi Parislə əlaqələndirməsi yolverilməzdir. Bu, sülhdən yayınmaq cəhdləri kimi qiymətləndirilir. Odur ki, mütəmadi olaraq Ermənistanda sülh sazişini imzalamağa hazır olduqları fikrini səsləndirmələri ancaq bunun fonunda Bakının şərtlərinə əməl etməmələri ictimai rəyi manipulyasiya etməyi və Azərbaycanla bağlı neqativ fikirlər formalaşdırmağa hesablanıb.
Tahirə AĞAMİRZƏ