15.03.2026, 20:17
AZ EN
15.03.2026, 17:00 74

Ülviyyə Məmmədova: "Arzum o idi ki, Füzulidə yaşayım və işləyim"

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına dönüşü ilə yanaşı, onların sosial rifahının və məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərimizə müxtəlif dəstək xidmətləri göstərməkdə davam edir.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin olunan vətəndaşlarımızdan biri də Ülviyyə Məmmədovadır. O, ata yurdu olan doğma Füzulidə məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Füzuli Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi işlə təmin olunub. Ülviyyə xanım Füzulini görməyib. Amma atası doğma yurdu Füzulini övladlarına sevdirə bilib. Uşaqlığını yaşadığı doma yurdu haqqında onları ətraflı məlumatlandırıb.

"Atam həmişə süfrə başında maraqlı söhbətlər edirdi. Deyirdi ki, Füzuli gəzməli, görməli yerdi. Atam özü burda doğulub, böyüyüb. Burda üzümçülüklə məşğul olublar. Pambıq zavodu olub burda. Çox gözəl olub Füzuli. Düzdür, indi də gözəldir. Amma o vaxt başqa gözəl imiş...

Mən tibb bacısıyam.Bura köçəndən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim iş üçün. Qısa vaxt ərzində müraciətimə baxıb məni işlə təmin etdilər. Çox sağ olsunlar. Hal-hazırda Füzulidə Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi fəaliyyət göstərirəm. Sakinlərimizə xidmət etməkdən qürur duyuram. Allah Ali Baş Komandanımız İlham Əliyevin canını sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mənim arzum o idi ki, Füzulidə yaşayım və burda işləyim. Şükür ki, arzuma çatdım".

Qeyd edək ki, bu cür tədbirlər, Böyük Qayıdış prosesinin uğurla reallaşdırılması, azad edilmiş ərazilərdə dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər