08.09.2024, 07:13
AZ EN
20.06.2024, 17:39 179

Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir ki, əməkdaşlıq imkanları daha da genişlənsin

YAZILAR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Söhbət zamanı ən diqqətçəkən məqam tərəflərin iki dövlət arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin olduğunu vurğulaması olub.

Bu kontekstdə liderlər ölkələrinin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılan məsələləri təsdiqləyiblər.

Təbii ki, Ermənistanda da yaxşı başa düşürlər ki, ölkənin böhrandan çıxması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, xüsusən də davamlı sülhə ehtiyac var. Bu baxımdan N.Paşinyanın telefon danışığı həm də bu məsələni yenidən gündəmə gətirir.

Münasibətlərin inkişafı ilk növbədə regionda sabitliyə və sülh sazişinin imzalanmasına töhfə verəcək. Bunun üçün isə uzun illər ərzində yığılıb qalan ziddiyyətli məsələlər həllini tapmalı, xüsusilə də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir ki, əməkdaşlıq imkanları daha da genişlənsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Söhbət zamanı ən diqqətçəkən məqam tərəflərin iki dövlət arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin olduğunu vurğulaması olub.

Bu kontekstdə liderlər ölkələrinin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılan məsələləri təsdiqləyiblər.

Təbii ki, Ermənistanda da yaxşı başa düşürlər ki, ölkənin böhrandan çıxması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, xüsusən də davamlı sülhə ehtiyac var. Bu baxımdan N.Paşinyanın telefon danışığı həm də bu məsələni yenidən gündəmə gətirir.

Münasibətlərin inkişafı ilk növbədə regionda sabitliyə və sülh sazişinin imzalanmasına töhfə verəcək. Bunun üçün isə uzun illər ərzində yığılıb qalan ziddiyyətli məsələlər həllini tapmalı, xüsusilə də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir ki, əməkdaşlıq imkanları daha da genişlənsin.

“Bu dialoq əsnasında münasibətləri normallaşdırmaq mümkündür”. Bunu Politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən açıqlamasında deyib.  Onun sözlərinə görə, Cənubi Qafqazda kənar geosiaysi oyunçuların müdaxilə imkanlarını azaltmaq əsas prioritetdir: “Digər tərəfdən  region məsələləri, region problemləri, regionda həll olunmalıdır. Hər hansısa kənar geosiyasi aktor bizim məsələləri həll edə bilməz. Moderator qismində çıxış edə bilməz. Məhz dialoq mühitində ehtimad atmosferinin gücləndirilməsi aspektində bütün məsələləri  nəzərdən keçirmək lazımdır”.

Ekspert onu da əlavə edib ki, münasibətlərin inkişafı ilk növbədə regionda sabitliyə, sülh sazişinin imzalanmasına töhfə verəcək. Bunun üçünsə  uzun illər ərzində yığılıb qalan ziddiyyətli məsələlər həllini tapmalı, xüsusən də  Ermənistan, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir ki, əməkdaşlıq imkanları daha da genişlənsin.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər