Amerika Birləşmiş Ştatları Azərbaycanla Ermənistan arasında tələm-tələsik sülh sazişinin imzalanmasına nail olmaqla dünyada özününün həm də sülhpərvər imicini formalaşdırmağa çalışır. Təbii ki, burda başqa səbəblər də var.
VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı məsələ ilə bağlı “Baku TV”-yə açıqlamasında bildirib ki, bu cəhdlər Türkiyənin Orta Asiyada nüfuzunun zəiflədilməsinə yönəlib: “Nəticədə Türk Dövlətləri Təşkilatının fəaliyyətini məhdudlaşdırmaq niyyətləri güdür. Amerika Birləşmiş Ştatları bununla Çinə və Rusiyaya qarşı özünün strategiyasını həyata keçirir. Amrika Birləşmiş Ştatları Cənubi Qafqazdan Rusiyanı tamamilə vurub çıxarmaq istəyir. Azərbaycanın Rusiya və Çinlə münasibətlərini pozmağa çalışır. Eyni zamanda Regiona Amrika Birləşmiş Ştatlarının gəlməsini istəməyən İranla Azərbaycan arasında münasibətlərdə yenidən gərginlik yaradılmasına səylər edir”.
Tahirə AĞAMİRZƏ