24.06.2025, 20:42
AZ EN
15.01.2025, 09:36 290

Samir Hümbətov: "İndiki vaxtda belə bir addımın atılması İrəvanı danışıqlarda razı salmaq kimi də dəyərləndirilə bilər"

YAZILAR
  • "ABŞ ilə Ermənistan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında" müqavilə Azərbaycanın4 nöqteyi-nəzərindən hazırkı məqamda region üçün faydalı kimi qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan tərəfi sülh danışıqları prosesində olduğu bir vaxtda belə addımın atılması Ermənistanı danışıqlarda arxayın salmaq istəyi kimi də dəyərləndirilə bilər".

Bunu politoloq Samir Hümbətov deyib. O, əlavə edib ki, amma burada digər vacib məqam, əlbəttə ki, ABŞ hərbiçilərinin Ermənistanın hansı hissəsində xidmət keçməsi məsələsidir. Bu məqam çox önəmlidir: "Yayılan informasıyalara görə, ABŞ hərbiçiləri Rusiya tərəfindən boşaldılmış Ermənistan-İran sərhəddini qoruyacaqlar. İndi ortaya maraqlı sual çıxır. İran Ermənistanın bu hərəkətinin qarşılığında nə addım atacaq? Axı İran təbliğat maşını 7/24  Əmrikə şeytan, Qərb şeytan, İsrail şeytan və s. şüarlar səsləndirir. Azərbaycanı cəfəng fikirlərlə ittiham etməyə çalışır. Eyni ittihamları amma real olaraq Emənistana edə biləcəkmi?"

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər