Bunu açıqlamasında Sos kəndinin sakini Qalib Gülməmmədov bildirib.
O, kəndi 19 yaşında tərk etdiyini vurğulayıb:
"O vaxt kəndimiz hər tərəfdən mühasirəyə alınmışdı. Bu səbəbdən, kənddə kiçikdən-böyüyə hamı silaha sarılmışdı. Təəssüf ki, göstərilən müqavimətə baxmayaraq, kəndimiz işğal olundu. Bu gün böyük sevinc hissi ilə yenidən qurulan kəndimizə dönürük. Dövlətimizin qazandığı uğurlar bizim kəndə qayıdış sevincimizi daha da artırır". (Report)