21.07.2025, 03:40
AZ EN
20.07.2025, 15:40 67

Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar

QARABAĞ
  • 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar.

Qonaqlar sənaye parkının rezidentlərindən birinin fəaliyyəti ilə tanış olublar.

Ağdam Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasına, sənaye potensialının inkişafına şərait yaratmaq, ən əsası isə rayon əhalisinin məşğulluğunu təmin etməkdir.

Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək. (Report)

Oxşar xəbərlər