"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan deyib. O, qeyd edib ki, Ermənistanın 44 günlük müharibədəki itkiləri milyard dollarla ölçülür: "Hökumət ordunun 44 günlük müharibə və 2022-ci ildəki toqquşmalar zamanı neçə milyardlıq itkiyə məruz qaldığını rəqəmlərlə təqdim etməkdən qorxur. Amma həm müharibədən əvvəlki dövrdə, həm də müharibə ərəfəsində hərbi büdcənin artımı və ya silah tədarükündən həvəslə danışırlar. Məhv edilmiş, Azərbaycan ordusunun qənimət kimi ələ keçirdiyi silah-sursat, hərbi texnika, hərbi obyektlər, ağzına qədər dolu olan sursat anbarları... Hələ 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat nəticəsində Azərbaycana təhvil verilmiş rayonlar boyunca formalaşmış yeni cəbhə xətti, oradakı infrastruktur və hərbi hissələrin qaçılmaz xərclərindən danışmıram. Bu xərclər də müharibənin nəticəsi idi. Müharibənin Ermənistan silahlı qüvvələrinə vurduğu maddi zərərlərin tam siyahısı ortada yoxdur, cəmiyyətə açıqlanmır və mən bunu kənara qoyuram. Heç olmasa, müharibənin iqtisadiyyata digər zərərli təsirlər barədə ayrıca hesabat hazırlanmalıdır".
Elxan SALAHOV