Terrorçu və anti - islam dövləti olduğunu dəfələrlə sübut etmiş İranda səfirliyimizə hücumun müxtəlif dövlətlər və beynalxalq təşkilatlar tərəfindən pislənilməsi ermənilərin milli mentalitetlərindəki eybəcərliyi də yenidən üzə çıxartdı.
Beləki, iranşünas haylar bu terroru guya bacıları İranın törətmədiyini müxtəlif məntiqsiz ifadələrlə öz cəmiyyətlərinə pərçimlənmək istəyirlər. Paşinyan iqtidarının işçi heyətinin rəhbəri Araik Harutyunyan isə daxili işlər nazirliyinin birbaşa vəzifəsi olan işlərə girişməyə başlayıb və belə bir məntiqsiz fikir bildirib ki, indiki durumda ərəb dövlətləri ilə münasibəti dərinləşdirmək məhz nazirlər kabinetinin sayəsində mümkün olacaq. "Hraparak" isə fevralın ilk günündə həmin məsələyə "Araik Harutyunyan diplomatik iş aparır" başlıqlı məqalədə cavab verib. Bildirilir ki, A.Harutyunyan özünün FB səhifəsində Qətər dövlətinin paytaxtı Dohada işgüzar səfərdə olarkən əmirliyinin divan rəhbəri Şeyx Səud bin Əbdülrəhman əl Tani ilə görüşüb və çoxlu şəkillər paylaşıb.
Hökumətin rəsmi xərcləri bölümündə isə A.Harutyunyanın Qətərə işgüzar səfərə çıxmasına dair heç bir sənəd olmadığı israrla bildirilən yazıda belə bir fikir vurğulanır ki, hökumət ərəblərə, xüsusilə neftlə zəngin Qətərə məhz maliyyə ianəsi almaq üçün xüsusi nümayəndə göndərib.
Qətərin Türkiyə və Azərbaycanla dostluğuna isə erməni sayağı münasibət sərgiləyən paşinyançıların ərəb ölkələrində İranın və Fransanın istəklərinin yerinə yetirilməsi üçün çalışdıqları isə sözügedən yazıdakı sətiraltı ifadələrdən də görünür. Amma haylar Qətərdə özlərinin məkrli məqsədlərini həyata keçirə bilməzlər. Çünki orada molla rejimi və din pərdəsinə bürünmüş hakimiyyət yoxdur.
N.Qaramanlı