22.11.2024, 00:10
AZ EN
17.11.2023, 17:27 241

Məşhur Məmmədov: "Ermənistanı silahlandırmağa çalışan qüvvələr bununla heç nəyə nail ola bilməyəcək”

YAZILAR
  • “ABŞ Senatının Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verən Aktın qəbulu təəssüf doğurur və bu qərar İrəvanın sürətlə silahlanmasına dəstək deməkdir”.

Bu fikri "Moderator.az"-a açıqlamasında Milli Məclisin  deputatı Məşhur Məmmədov ifadə edib. Millət vəkili qeyd edib ki, ABŞ Senatının “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul etməsi Cənubi Qafqazın təhlükəsizliyinə yaxşı heç nə vəd etmir: "Bu qərar hər şeydən öncə ölkəmizə olan qərəzli münasibətin nəticəsidir. Bu fakt isə bir daha sübut edir ki, vaxtilə Minsk qrupunun Qarabağ probleminin ədalətli həllinə nail olmamasına səbəb, burada təmsil olunan dövlətlərin ölkəmizə qarşı qərəzli münasibət ortaya qoyması olub. Hansı ki, biz bu qərəzə bu gün də şahid olmaqdayıq.

Təbii ki, Ermənistanın silahlanmasına yol açan Senatın qərarı Cənubi Qafqazın təhlükəsizliyinə yaxşı heç nə vəd etmir. Əksinə, Ermənistanın silahlanması bölgədə gərginliyin artması deməkdir. Bu isə regionda yeni bir qarşıdurma və gərginliyin yaşanmasında maraqlı olan qüvvələri qane edə bilər.

Şübhəsiz, Azərbaycan dövləti baş verən bütün prosesləri diqqətlə izləyir və ölkəmizin bu proseslərin hər birinə adekvat cavabı olacaq. Ancaq heç kim unutmasın ki, Azərbaycan heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək, Ermənistanı silahlandırmağa çalışan qüvvələr bununla heç nəyə nail ola bilməyəcək”,- deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər