Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
Politoloq qeyd edib ki, Prezidentin təbirincə desək, necə ki, Azərbaycanın qələbəsini Fransa öz məğlubiyyəti kimi qəbul edib, eyni sözləri İrana aid etmək olar. İlham Əliyevin İranın Ermənistan üzərindən Qarabağ separatçılarına daşıdığı yanacaq barədə söylədikləri bunun sübutudur. Dövlət başçısının “əyalət mollası” adlandırdığı Ərdəbilin cümə imamı Seyid Amulinin ilk dəfə deyil ki, onu və azərbaycanlıları təhqir etdiyini bildirdi. İlham Əliyev bu haqda danışarkən ritorik sual səsləndirdi: “Onu həmin vəzifəyə təyin edən şəxs (dövlət başçısı İranın ali dini lideri nəzərdə tutub) əyalət mollasının təhqiramiz fikirləri barədə nə düşünür?” Başqa sözlə, dövlət başçısı ona işarə edib ki, əyalət mollası özbaşına danışmır, onu danışdıranlar var. Təəssüf ki, Amuli kimiləri danışdıranlar iki ölkə arasında normal münasibətlərinin qurulmasını istəmirlər, elə Azərbaycan səfirliyinə hücum edən terrorçunu məhz buna görə qoruyurlar.
Tahirə AĞAMİRZƏ