22.11.2024, 20:52
AZ EN
06.03.2023, 13:36 343

Nikolun qarnı doyub

YAZILAR
  • Jurnalist Karen Martirosyanın "Hraparak"ın bu günkü buraxılışında yayılmış "Baş nazirin ac qarnı doyub, amma vaxt vardı ki, onun stulunu biz mismarlayırdıq" başlıqlı məqalədə göstərilir ki, müdafiə nazirliyinin balansında olan yataqxana tipli bina qeyri-qanuni əsaslarla dövlət gəlirləri komitəsinin balansına verildikdən sonra sakinlərin binanı tərk etmək istəməməsi ilə bağlı qalmaqallı aksiyalar yenə davam edir.

Bir neçə aksiya iştirakçısı həbs edilsə də, sakinlər binanın həyətində qurduqları çadırlarda gecələməyə məcbur olmalarına baxmayaraq hökumətin onların hüquqlarını qorumaq əvəzinə polisin qeyri-insani hərəkətlərinə bəraət qazandırdığını vurğulayan müxbir əlavə edib ki, aksiya iştirakçılarının çoxu müharibə iştirakçısı və N.Paşinyanı vaxtilə dəstəkləyənlərdir. Onlardan biri belə deyib: "Nikol əlində "taburetka" vilayətləri gəzib səs yığırdı,istəyirdi stulu dəyişsin, özü isə baş nazir olsun. O vaxt biz onu dəstəklədik,stulunu mismarladıq ki, yıxılmasın, onu özümüzünkü hesab edirdik....indi ac qarnı doyub, harda it vardısa üstünə hürürdü, indi bizi adam yerinə qoymur, boynu yoğunlaşıb, hər şeyi unudub."

Etirazçılar bildiriblər ki, növbəti aksiya hökumət binasının önündə keçiriləcəkdir.

Nəsib

Oxşar xəbərlər