24.01.2026, 20:17
AZ EN
01.01.1970, 04:00 2

ABŞ-Azərbaycan əlaqələrinin inkişafı regionda sülhün dayanıqlı olmasını təmin edir

YAZILAR
  • Ötən ilin avqustunda Prezident İlham Əliyev və Prezident Donald Tramp ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzaladı. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələr, müdafiə və təhlükəsizlik sahələrini əhatə edir. Memorandumun imzalanması ABŞ-ın göstərilən sahələrdə Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaq niyyətini ehtiva edir.

Bu sözləri açıqlaması zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Onun təhlilinə əsasən, yeni ilin ilk günlərində ABŞ-dan geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfəri etdi və Prezident İlham Əliyev ilə görüşərək əlaqələrin inkişafının perspektivlərini müzakirə etdi. Nümayəndə heyətinin tərkibinə diqqətlə baxsaq rəsmi Vaşinqtonun regionda təhlükəsizlik məsələlərinə diqqətlə yanaşdığını və bu işdə Azərbaycan ilə əməkdaşlıq edəcəyini deyə bilərik. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir. Bu tərkibdən aydın olur ki, Amerikanın yeni siyasi elitası Azərbaycanın coğrafi mövqeyi və qonşularının siyasi ambisiyalarına yaxından tanış olduğu üçün təhlükəsizlik məsələlərini diqqətdə saxlamağa, onu dayanıqlı və zəmanətli etməyə çalışır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq mahiyyətli infrastruktur layihələrinə külli miqdarda vəsait xərclənib. Bu infrastruktur layihələr Orta Dəhlizə funksiyalarını yerinə yetirmək üçün böyük imkanlar verir.

ABŞ-ın Orta Dəhlizi dəstəkləməsi və onun təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə çalışması təsadüfi xarakter daşımır. Belə ki, Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi ABŞ-ın geosiyasi rəqibi Rusiya ərazisindən keçirdi ki, bu da ona ticarət əlaqələrini nəzarətdə saxlamaq üçün yaxşı şərait yaradırdı. Bu nəzarəti ABŞ-ın özü Zəngəzur dəhlizi vasitəsi ilə həyata keçirməyi planlaşdırıb. Eyni zamanda, Zəngəzur dəhlizinə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” deyilməsi də təsadüfi deyil. Amerika şirkətləri regiona sərmayə yatırmağı nəzərdən keçirirlər. ABŞ xarici siyasətində digərləri kimi zorakılıq deyil “yumşaq gücə” daha çox üstünlük verilir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan ilə ABŞ-ın regindakı praqmatik maraqları üst-üstə düşür ki, bu da əməkdaşlıq perspektivində strateji tərəfdaşlığın olduğunu deməyə əsas verir.

Təsadüfi deyildir ki, yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev deiyb: “Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanıb. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlayıb. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənib”. (AZƏRTAC)

Oxşar xəbərlər