18.06.2025, 13:03
AZ EN
12.05.2024, 09:00 268

Ermənistana silah verən ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdır

YAZILAR
  • Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Onun ardınca isə ötən il cəmi bir sutka çəkməyən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi. Bu gün isə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərini uğurla davam etdirir. Artıq bir zamanlar Ermənistanın işğalı nəticəsində öz ərazilərindən didərgin düşən soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu addımlar bəzi ölkələri narahat edir.

“Söhbət Fransa başda olmaqla, Cənubi Qafqazı yenidən müharibə zonasına çevirmək üçün dəridən-qabıqdan çıxan ölkələrdən gedir. Həmin ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Təbii ki, Ermənistan boşuna silahlandırılmır. Yəni, bu gün Ermənistanı müharibəyə təhrik edən ölkələrin hədəfi Azərbaycandır”, - o deyib.

V.İskəndərovun sözlərinə görə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dəfələrlə bu cür mövqe sərgiləyən ölkələrə xəbərdarlıq edib: “Növbəti xəbərdarlıq isə mayın 10-da səsləndi. Həmin gün Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən və şəhərə köçmüş ilk sakinlərlə görüşən dövlət başçısı çıxışı zamanı bəhs etdiyimiz məqamın üzərində xüsusi olaraq dayandı. Dövlət başçısı dedi ki, “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”. Hesab edirəm ki, həm Fransa, həm də Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Eyni zamanda, bu gün Ermənistana silah verən digər ölkələrə də bu xəbərdarlıqdan pay düşür. Nə qədər gec deyil, onlar ağıllarını başlarına yığmağı bacarmalıdırlar. Əks halda isə nəticə həm onlar, həm də Ermənistan üçün acınacaqlı olacaq. Dövlət başçısının bəyan etdiyi kimi, hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Deməli, bu cür ağılsızlıq davam etsə, o zaman Bakıdakı Qənimətlər Parkının eksponatları sırasına Fransanın və digər ölkələrin Ermənistana verdikləri silah-sursatlar əlavə ediləcək”. (Trend)

Oxşar xəbərlər