22.11.2024, 09:48
AZ EN
01.11.2023, 15:34 275

Elxan Şahinoğlu:"Qarabağda Azərbaycan qanunları, konstitusiyası işləyəcək və heç kim bizə qarşı ərazi iddiası ortaya ata bilməz"

YAZILAR
  • Bu gün hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt, qürurlu sanır. Hər bir ailədə Zəfərimizin növbəti ildönümü gününün söhbəri gedir, bu sevinc hissini bizə yaşadan şəhidlərimizə rəhmət oxunur, qazilərimizə sağlamlıq arzulanır. Bu gün həm də hamımız ikiqat fəxarət hissi keçiririk. Çünki bu il hərbi parad Xankəndində keçiriləcək.

Hərbi paradın Xankəndidə keçirilməsi ciddi və möhtəşəm bir hadisədir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu mətbuata açıqlamasında bildirib ki, 100 ildən sonra Qarabağın paytaxtında belə bir mötəbər tədbir keçiriləcək"

Politoloq bildirib ki, orada müəyyən fasilələrlə erməni separatizmi mövcud olub, bizə hər zaman problemlər yaşadıb: "Hazırda o torpaqlara hakimlik etmək və hərbi parad keçirmək bizim hüququmuzdur. Bununla biz dünyaya və Beynəlxaq aləmə mesaj veririk ki, separatizmi bitirdik və əbədiyyətə qədər Qarabağda Azərbaycan qanunları, konstitusiyası işləyəcək və heç kim bizə qarşı ərazi iddiası ortaya ata bilməz".

Politoloq daha sonra qeyd edib ki, düşünürəm ki, gələn ilin fevral ayında artıq Xocalı soyqırımının ildönümünü azad olunan Xocalı qəsəbəsində keçirə bilərik. Çünki ora bizim üçün çox müqqədəs yerdir: "Xocalı qəsəbəsində soyqırımı ildönümünün keçirilməsi də tarixi bir əhəmiyyətdə olacaq. Çünki biz o torpaqlara qayıtdıq.

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu imzaladı.

Hesab edirəm ki, Xocalını məskunlaşdırmaq da çətin olmayacaq. Çunki ermənilər Xocalını işğal etsələr də, Ağdamdan fərqli olaraq, özləri də orada yaşadıqları üçün evlərə toxunmayıblar. Ona görə də Xocalıya da köçü biz həyata keçirə bilərik”,- deyə E.Şahinoğlu vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR