12.03.2026, 17:47
AZ EN
12.03.2026, 16:19 210

Prezidentin köməkçisi: "Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir"

XƏBƏRLƏR
  • Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs keçməsin.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O qeyd edib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: “Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Münaqişəni isə hərbi və siyasi yollarla həll etdik”.

Prezidentin köməkçisi əlavə edib ki, bu gün Azərbaycan və Ermənistan sülh gündəliyini dərinləşdirir. (APA)

Oxşar xəbərlər