“Qarabağda Ermənistan bayrağını, Qarabağ ermənilərinin əski parçasını, qocaları və əlilləri atıb qaçan fərarilər, bu gün İrəvanda şirə dönüblər”. Bunu hərbi ekspert Ədalət Verdiyev Az.TV-yə məsələnin müzakirəsi zamanı açıqlamasında deyib. Ekspert qeyd edib ki, kimsəsiz insanlara yenə Azərbaycan sahib çıxdı və bu gün biz ordan çıxan bir nəfər erməninin sənədinə depot möhürü vurmamışıq: “Bu gün də təklifimiz geri qayıda bilərsiniz, bizimlə bərabər yaşaya bilərsiniz, Azərbaycan vətəndaşları üçün olan eyni hüquqlardan siz də istifadə edə bilərsinizdir. Tək şərtimiz Azərbaycan vətəndaşlığını qəbul edin, buyurun, keçin. Portal yaratmışıq, qanyar xətt yartmışıq, humanitar yardım göndərmişik. Orda, Qarabağda doğulmuş bir rus qadın vardı, deyirdi ki, ermənilər acından öldürürdülər məni. Adı Zoye idi səhv eləmirəmsə, 42 yaşı vardı, 43 iti. İtini də doyuzdurduq. Özünü də doyuzdurduq. Amma yenə də təmizləmədən danışırlar. Nə qədər istəyirlər danışsınlar. Bu gün nə “məcburi köçkün” ifadəsi yaraşmır Azərbaycanın fəaliyyətlərinə, nə də digər uydurmalar. Çünki əksəriyyət əhaliyə Ermənistan pasportu vermişdilər və onları da Azərbaycan məcbur etməyib ki, Ermənistan özü çıxardıbsa onları, o zaman getsin özü öz çıxardığı əhalini özü araşdırsın. Onlara nə statusu veriləcək hələ məlum deyil. Amma kimin ki, Ermənistan pasportu yoxdur və ya Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir, Qarabağda doğulub, qayıda bilər. Portaldan qeydiyyatdan keçsinlər. Biz onların şəxsiyyət vəsiqəsini dəyişək, yerləşdirək. Yer bol, ərazi bol. İmkanlarımız da çox. Kiminsə qapısında elə ağlaşma qurmaqla Paşinyan heç bir zaman, heç nəyə nail olmayacaq”. Ekspert daha sonra əlavə edib ki, 2 milyon erməni ilə 130 milyon türkün əhatəsində dayanıb hamıya ərazi iddiaları irəli sürmək, birinə etik təmizləmə, birinə soyqırım, birinə məcburi köçkün ifadələri yapışdırmaqla iş olmaz: “Avropa dünyada heç bir dövlətin təhlükəsizliyinə zəmanət verə bilməyib bu günə qədər. Hətta bütün dünya yığışıb Avropa ilə, NATO ilə bir yerdə tək Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilmirlər. Ermənistanın isə, ümumiyyətlə, əlaqəsi yoxdur Avropa ilə. Hardan hərlənsə, bizdən keçməlidir. Bizimlə münasibətlər normallaşmadan Ermənistanın ağ günü olmayacaq. Ömrü boyu ağlayacaqlar, döyüləcəklər, söyüləcəklər. Yox, əgər, istəyirlərsə bu iş bitsin. İlk növbədə Azərbaycanla əlaqələr düzəlməlidir. Azərbaycanla imzalanan birgə bəynatın şərtlərində, xüsusilə də delimitasiya və Zəngəzur dəhlizi məsələlərində, qalanların özümüz həll etdik, Ermənistan həll etməlidir və bunu əməldə göstərməlidir. Əks halda, Ermənistanın Türkiyə ilə də əlaqəsi açılmayacaq. Çünki Azərbaycanla Ermənistan münasibətləri düzəlmədən, Türkiyə rəhbərliyi dəfələrlə elan edib ki, bu məsələlər düzəlmədən biz Ermənistana qapılarımızı açmayacağıq. Bu bilirsiniz nə deməkdir? Bizim Zəngəzura ylumuz lazım idi, biz onu İranla həll elədik. Türkiyədən də Naxçıvana yolumuz var. Astaradan da var, Biləsuvardan da var, İran ərazisindən. Necə deyərlər, yenə də dalan vəziyyətində şpaqat açan Ermənistandır. Əgər özünü yaxşı aparacaqsa, o şpaqatdan biraz yumşaldacayıq., aparmayacaqsa, əksinə, şpaqat dərəcəsi artırılacaq və Ermənistanı təlatümlər. katakrizmlər bürüyəcək. Buna hazır olsun”, - deyə ədalət Verdiyev fikrini tamamlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ