Qərb və revanşistlərin bölgədə əmin-amanlıq istəmədikləri tam bəllidir. Lakin digər məqsədləri də var. Hər bir üsuldan istifadə edərək bölgəyə soxulmaq. Bir sıra Avropa qurumları bu sxemdə alət rolunda çıxış edir. Avropa Sülh Fondu kimi.
“Avropa Sülh Fondu, əslində müharibə fondudur. Avropa İttifaqından Ermənistana göndərilən silahların daima artması Cənubi Qafqazda münaqişəyə səbəb ola bilər. Görünür ki, Ermənistan regiondan kənar qüvvələrin Cənubi Qafqaza gəlməsi üçün bir platformaya çevrilib. Ermənistan bu məsələdə troyatı formasında çıxış edir və bölgə təhlükəyə çevrilir”.
Bunu Rusiyalı siyasi ekspert Sergey Makrov açıqlamasında deyib.
Bölgə üçün nə dərəcədə təhlükəli olduğunu Ermənistan 10 milyon avronu aldıqdan 3 gün sonra göstərdi. Ermənistan silahlı qüvvələrinə məxsus kvadrakopter Tovuz rayonu üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərdi. Əlləri pul görən generallar bundan sonra yenidən Azərbaycana qarşı təxribatlara başladı.
Hərbi ekspert Telman Qasımov isə qeyd edib ki, bunlar kəşfiyyat xarakterli dronlar idi: “Təbii ki, düşmən tərəf hər hansısa bir əməliyyatı planlaşdırmamışdan öncə kəşfiyyat məlumatları toplamalıdır. Bu kəşfiyyat məlumatlarının da toplanmasında ən müasir dövrümüzə aid olan texnikalardan biri də bu dronlardır. Bu baxımdan həmin bölgədə aparılan düşmən tərəfindən dron əməliyyatları çəkilişləri bir daha onu sübut etdi ki, düşmən yaxın zamanlarda yenidən təxribatlara başlaya bilər”.
Lakin qarşı tərəf unutmamalıdır ki, Azərbaycan Ordusunun bir əsgəri 7 yox, 70, hətta 7 min aşota dəyər. Azərbaycanda 2024-cü ildən müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsaitin məbləği 6 milyard 421 milyon manatdan artıqdır. Bu isə yüksək texnologi hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır. Ermənistan isə cari ildə müdafiə sahəsinə cəmi 1 milyard, 374 milyon dollar ayırdı. Bir də Qərbin 10 milyon avrosu...
Hazırladı: Tahirə AĞAMİRZƏ