Milli Məclisin deputatı Vüqar Bayramovun qeyd etdiyi kimi, bu təşəbbüs Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha sübut edir. Amnistiya aktı təkcə hüquqi qərar deyil, eyni zamanda on minlərlə insana həyatını yenidən qurmaq şansı verən böyük humanitar addımdır.
Deputatın sözlərinə görə, bu təşəbbüs ölkəmizin insanlara olan münasibətinin, vətəndaşların hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Belə bir təşəbbüsün Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi və ərazi bütövlüyümüzün bərpasının 5 illiyi kimi əlamətdar hadisələrlə eyni dövrə təsadüf etməsi isə xüsusi rəmzi məna daşıyır.
Bu humanist addım xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir və dövlətin vətəndaşına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirilir.
Tahirə AĞAMİRZƏ