22.11.2024, 00:02
AZ EN
14.06.2023, 10:41 165

Cinayət cəzasız qalmır

YAZILAR

"Hraparak"ın bu günkü sayındakı "Azərbaycanlıların siyahısında mənim, Vitali Balasanyanın və digər generalların adları var" başlıqlı məqalədə adının təhlükəsizliyi baxımından açıqlanmamasını xahiş edən separatçı psevdo general bildirir ki, Laçın sərhəd-buraxılış məntəqəsindən son günlər 500-dən çox erməni keçib. Onun sözlərinə görə, azərbaycanlılar deyib ki, adları qara siyahıda olan adamlar Qarabağdan Ermənistana gedə bilməzlər, daha dəqiqi onlar vaxtilə törətdikləri cinayətlər üçün həbs ediləcəklər. Bundan qorxan erməni separatçılar ailələrini göndərsələr də özləri gözləmə mövqeyindədirlər.

Psevdo deputat Metakse Hakopyan isə məqalənin müəllifi Hayka Aloyanla söhbətində bildirib ki, Azərbaycan mətbuatını daim olmasa da tez-tez izləyir. Deyirlər ki, təslim olsanız, bağışlayaraq sərbəst buraxarıq.

Sadə ermənilərin də əksəriyyətinin anti-terror əməliyyatı keçiriləcəyi təqdirdə həlak olacağını deyən M.Hakopyan heç kəsin inteqrasiya etməyəcəyi inamındadır ki, bu da cinayətkar separatçıların fiziki  məhvinə çağırış anlamına gəlir.

N.Qaramanlı

Oxşar xəbərlər