"Bu gün" arsaxın blokadasından "65 gün keçir. Artıq 65 gündür ki, Azərbaycan "arsaxı" ətraf dünya ilə birləşdirən yeganə yol bağlıdır. Vəziyyət mürəkkəbdir, 120 min həmvətənlərimiz... eyni zamanda enerji mühasirəsindədirlər... Qaz təminatı sahəsində Azərbaycan daim problemlər yaradır", - deyə o əlavə edir ki, "onların mədənlərlə bağlı tələbləri yerinə yetirilməmiş qalıb.
Onlar Vartanyanı uzaqlaşdırmaq və post-keçid məntəqəsi yaratmaq istəyirlər. Azərbaycanın siyasəti ilə tanışlıq göstərir ki, o, sonra yeni tələblər irəli sürəcək. Onlar ermənilərlə birgə deyil, ermənisiz sülh istəyirlər".
Məlum ölkənin hayların terrorçu rejimini onları alqışlayan "Azərbaycanşünas" belə bir sərsəm fikir də yazıb ki, bu məsələ beynəlxalq müzakirələrdədir.
Məsələnin beynəlxalq ədalət məhkəməsinin qətnaməsi ilə həll ediləcəyinə ümid edən Tatevikin beynəlxalq təşkilatların qanunlarından xəbərsizliyi məhz bu fikirdən də üzə çıxır. O da məlum olur ki,qalmaqallı jurnalist Kristina Ayvazyanın onun barəsində dediyi "Azərbaycan dilini bilməyən "Azərbaycanşünas" hakimiyyətə müşavirlik iddiasındadır" ifadəsi həqiqəti əks etdirir. O ki, qaldı, Azərbaycan barədə sərsəmləmələrə, atalar demiş, it hürər karvan keçər.
N.Qaramanlı