18.10.2024, 16:33
AZ EN
06.02.2023, 12:20 330

Xocalı qatili mandatdan məhrum ediləcək

YAZILAR
  • Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müxalif fraksiyaları fevralın 3-də Laçın-Xankəndi yolundakı dinc ekoaksiyanın guya Qarabağdakı hayları təhlükəli duruma saldığını bəhanə edərək dinləmələr keçiriblər. Həmin dinləmədə onlara ən tutarlı cavabı isə iqtidar deputatı Arsenyan vermişdi.Xatırladaq ki, o müxalifətçilər tərəfindən istefası tələb olunan baş nazir N.Paşinyanın xalq tərəfindən mandat aldığını da bildirərək əlavə edib demişdi ki, mandatı əlindən alınacaq adamlar məhz parlamentdən maaş alıb xalqın həyatını, beynini zəhərləyən milyarder psevdovətənpərvər olanlardır.

Bu gün isə "Lurer com","Hraparak" və digər informasiya vasitələri yayıblar ki, fevralın 7-də parlamentin növbəti iclası keçiriləcəkdir. Bu gün saat 16-da isə parlamentin gündəliyinə çıxarılacaq iyirmidən çox məsələyə baxılacaq və hər bir deputat gündəliklə indidən tanış ola bilər.

O da bildirilir ki, sabahkı iclasın gündəliyinə Seyran Ohanyanın və Armen Çarçıyanın deputat toxunulmazlığının ləğvi də daxil edilib. Müxalifət isə həmin iclası baykot etməyə hazırlaşır.

Nəsib

Oxşar xəbərlər