01.08.2025, 03:28
AZ EN
19.05.2023, 15:12 347

Aşot oyunu davam edir

YAZILAR
  • Ermənistan mətbuatında gedən xəbərlər sırasında baş nazir Nikol Paşinyanın oğlu Aşotla bağlı olanlar daha çox yer alıb.

Hakimiyyət dairələrinin iddiasına görə, mayın 17-də oğlu müharibədə həlak olan valideynlərin bir neçəsi baş nazirin oğlunu aldadaraq maşına oturdublar. Bir az söhbət zamanı Aşot oğurlanacağını dərk etdiyi üçün cəld maşından düşərək "xilas olub".

Sonra isə hüquq mühafizə orqanları bir neçə nəfəri, o cümlədən oğlu 44 günlük müharibədə ölən ictimai fəal Qayane Hakopyan həbs edib.

Sözügedən məsələyə münasibət bildirənlərin əksəriyyəti bunu "iyrənc və ucuz tamaşa" adlandırıb hökumətin indi də Aşotu populyarlaşdırılması məsələsi ilə baş qatmağa cəhd etdiyini bildirib. Vurğulanır ki, Aşot heç bir işə yaramayandır və özü də narkotik aludəçisidir. "Yaxşı olar ki, Nikol istefa verib ailəsinin qayğıları ilə məşğul olsun", - deyən Naira Melikyan isə Qayane Hakopyanı əsil xanım adlandıraraq hamının onu belə çağırmasını xahiş edib.

Nəsib

Oxşar xəbərlər