13.03.2026, 14:29
AZ EN
13.03.2026, 12:56 13

İşğaldan azad olunmuş regionlarda son 2 ildə göz müayinəsindən keçənlərin sayı açıqlanıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərimizdə 2024-cü ildən etibarən oftalmoloji müayinələr və müalicələr aparılır. Bu, erkən korluğun qarşısını alan əsas məqamlardan biridir. Son 2 ildə həmin ərazilərdə 1800-dən çox şəxs bu müayinələrdən yararlanıb.

Bunu açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva Bakıda keçirilən Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda oftalmoloji xidmətin optimallaşması üçün böyük işlər görülür: "Azərbaycanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi, Gəncə, Şəki, Masallı filialı, Z.Əliyevanın adını daşıyan Dəmiryol Səyyar Klinikası fəaliyyət göstərir. Səyyar Klinika vasitəsilə bir gündə 400 şəxsi müayinə etmək, 50-yə qədər əməliyyat etmək mümkündür. Hər filialımız, mərkəzimiz yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Son 21 ildə təkcə Dəmiryol Səyyar Klinikasında 45 mindən çox şəxs müayinə olunub". (AZƏRTAC)

Oxşar xəbərlər