25.04.2025, 03:38
AZ EN
26.09.2024, 13:01 297

İşğal dövründə Füzuli və Ağdam rayonlarının bitki örtüyü azalıb

XƏBƏRLƏR
  • Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş torpaqlarda yaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

Bunu Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev deyib.

O bildirib ki, peyklərdən alınmış məlumatlar əsasında xəritələr tərtib edilib.

“Xəritələrin təhlili göstərir ki, 1989-cu ildə Füzuli rayonu ərazisində bitki örtüyünün sahəsi 12454 ha olub, 2021-ci ilədək isə bu rəqəm 8644 ha-ya gədər azalıb. Yəni işğal dövrü ərzində 3800 ha bitki örtüyü itirilib.

Buna oxşar vəziyyətlə Ağdam rayonu ərazilərinin bitki örtüyünün qiymətləndirilməsi zamanı da qarşılaşılıb.

Belə ki, Ağdam rayonu ərazilərində 1989-cu ildə 115 000 ha bitki örtüyünün sahəsi 2021-ci il üçün 12 110 ha-ya enib. İşğal dövrü ərzində 102890 ha azalıb. Bu da onun müxtəlif antropogen, xüsusilə intensiv hərbi əməliyyatların təsiri nəticəsində itirilməsinə sübutdur”, - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər