24.06.2025, 13:27
AZ EN
06.05.2025, 08:56 182

Cəbrayıllı kümçülərə ipəkqurdu toxumu paylanılıb

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 2025-ci ilin barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması həyata keçirilib. Ümumilikdə 66 kümçüyə 100 qutu ipəkqurdu sənaye toxumu paylanması təmin edilib.

Qeyd edək ki, builki mövsümdə rayon üzrə 4000 kq yaş baramanın istehsal edilməsi proqnozlaşdırılır. Ötən ildə olduğu kimi, bu il də səhmdar cəmiyyət tərəfindən istehsal olunan yaş barama kümçülərdən 5 manata alınacaq, dövlət tərəfindən isə hər kiloqram 6 manat subsidiya ödəniləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər