"Birincisi, 44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq. Peskov unudub, yoxsa bilərəkdən sənədin imzalanma tarixini “cavanlaşdırıb”?.
Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin: "Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır” açıqlamasını isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır. Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər. Bu isə Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir, növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları olmalıdır",- deyə politoloq fikrini tamamlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ