22.11.2024, 01:12
AZ EN
15.05.2023, 10:29 273

Siyasətçi, yoxsa nağılçı

YAZILAR
  • Mayın 14-də Brüsseldə baş tutan üçtərəfli görüş barədə ermənisayağı dəyərləndirmə davam edir. Müharibədəki məğlubiyyətlərini az qala pis yuxu təsiri kimi xarakterizə edən ermənilər sırasında özünü ictimai-siyasi xadim hesab edənlər də var.

Reallıqla tərs mütənasib olan fikirləri ilə daim mübahisə yaradan Suren Sahakyan həm TV-yə müsahibəsində, həm də FB-da,"Ermənistan "Dağlıq Qarabağın" Azərbaycanın  tərkib hissəsi olması barədə heç bir beynəlxalq və dövlətlərarası sənədi imzalaya bilməz", - deyə baş nazir Nikol Paşinyanın Brüsseldə özbaşınalıq etdiyi kimi təhqiramiz ifadələr də işlətməkdən yenə əl çəkməyib.

O, əlavə edib ki, görüşlərdə Ermənistan parlamentinin spikeri də iştirak etməlidir ki, N.Paşinyana lazımi məsləhətlər versin.

Siyasətin əlifbasını bilməyən bu erməninin fikirləri ilə razılaşanlar, şübhəsiz, psixi xəstə olduqlarını isbatlayırlar.

Nəsib

Oxşar xəbərlər