29.07.2025, 18:23
AZ EN
11.06.2025, 16:57 181

Qənaətimcə, Paşinyan məqsədinə nail olacaq

YAZILAR
  • Ermənistan kilsəsi və revanşist müxalifət Nikol Paşinyana qarşı bir cəbhədə fəallığını artırır. 2026-cı il parlament seçkiləri öncəsi qarşılıqlı ittihamlar güclənir. Paşinyan müxalifəti zəiflətmək üçün kilsəni  daha da sarsıtmaqda israrlı görünür. Baş nazir bildirib ki,  eçmiədzin kilsəsinin  azad olunması və yeni katalikos seçkisinin təşkili istiqamətində  fəal addımlar atılmalıdır. Bu məqsədlə təşkilati məsələlərin həlli üçün əlaqələndirici qrup yaradılmalıdır. Katalikos II Qraginə qarşı  subaylıq andıını pozmaq və övlad sahibi olmaq iddiaları ilə çıxış edən  hökumət başçısı bu üsulla müxalifət  cəbhəsini bölməyə çalışır.

“Bu arqumentlər kifayət qədər güclü bir arqument hazırkı dönəmdə bu, Paşinyan üçün tarixi bir fürsətdir”. 

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, amma biz kilsəni də zəif görməməliyik. Çünki kilsə də çox güclüdür:  “Onun dünyanın müxtəlif yerlərində  mərkəzləri var, fəaliyyət göstərirlər. Amma mənim qənaətimcə,  Paşinyan da bu məqsədinə nail olacaq. Hesab edirəm ki, bu, Ermənistanın müasir tarixində, Ermənistanın dinlə bağlı  məsələləri də əldə edə biləcəyi ən böyük dəyişikliklərdən biri məhz bu ola bilər”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər