Azərbaycanın əleyhinə soyuna xas böhtanlarla dolu ittihamlar irəli sürən, el təbirincə desək yeri gəldi-gəlmədi hürən, iranşünas alim Vartan Voskanyan erməni mətbuatının yazdığına görə islamla bağlı bir neçə məqaləsini tamamladıqdan sonra yenidən müsahibələr verməyə, feysbukda paylaşımlar etməklə gündəmdə yerini bərkidib. Belə ki, o dekabrın 18-də nazirlər kabinetinin qarşısında Laçındaki olayla bağlı mitinq keçirən tələbələrin əhatəsində NEWS 24 -ün müxbirinin islam ölkələri ilə bağlı sualını cavablandırarkən deyib ki, əsl islam İrandadır və bu, məzmunca ermənilərin məzhəbləri ilə oxşardır. Öncə ərəblərin, sonra türklərin hücumlarına baxmayaraq hayların islamı qəbul etməməsinin səbəbinin onların çox qüdrətli olduğunda görən bu iranşünas belə bir uydurmanı da yenidən yayıb ki, guya Məhəmməd peyğəmbər erməni keşişi ilə görüşüb və onu dinlədikdən sonra deyib ki, artıq gecdir, əvvəldən səninlə görüşsəydim peyğəmbərliyi deyil, sənin inancını qəbul edərdim.
V.Voskanyan daha sonra həyasızcasına belə deyib: "Məhəmməd peyğəmbər müsəlmanlara tapşırıb ki,hayları öz inanclarından döndərməyə cəhd etməyin və onlara hörmətlə yanaşın... İran peyğəmbərin bu sözlərinə görə bizi dəstəkləyir".
Bəs, özünü islamın qarantı kimi təqdim edən, erməniyə hər cür dəstək verən molla rejimi bu fitnəkar iranşünasa niyə cavab vermir? Bəlkə, başı "Həyat, qadın, azadlıq" şüarları ilə öz haqqını tələb edən müsəlman vətəndaşlarının başına müsibətlər açmağa, ya da ermənilər üçün yeni "qırmızı xətt" axtarışına qarışıb?
N.Qaramanlı