44 günlük Vətən müharibəsində ağır itkilər verən və Azərbaycan Ordusuna uduzan və bunu hələ də həzm edə bilməyən Ermənistan çox acınacaqlı bir durumla üz-üzədir. Bir yandan İrandan, Hindistandan, Fransadan, Rusiyadan maddi dəstək görməsinə baxmayaraq, hər vəchlə Azərbaycanın haqlı olaraq haqsız duruma düşürməkdən, yeni-yeni təxribat planlarını işə salmaqdan vaz keçmək niyyətində deyil.
Bu gün Ermənistan öz qadınlarını yenə qabağa verərək sərhəddə döyüşmək üçün hazırlaşdırır. Ermənisranın deputatı Arpine Davoyan açıqlamasında deyib ki, bu ölkənin müdafiə nazirliyi qadınlar üçün hərbi təlimlərlə bağlı elan verib. Təlimlərə maraq isə kifayət qədərdir. Arpine Davoyan deyib ki, qadınlarımız sərhəddə vuruşmaq üçün hazırlaşır, silahlardan istifadə etməyi öyrənirlər, tənim keçirlər. Vətənimizin müdafiəsi üçün döyüşməyə hazırlaşırlar.
Bir erməni qadın isə deyib ki, Müdafiə nazirliyinin elanını Facebookda gördüm və təlimlərə qatılmaq qərarına gəldim. Burda poliqonlarda iştirak edən hər kəsə uğurlar arzulayıram.
Əvvəlcə Ermənistanın arxasında gizlənmək istədiyi qadın snayperlərin sentyabrdakı talelərini xatırlayaq.Təəssüf ki, qonşularımız yaşananlardan dərs almağı heç xoşlamır. Bu dəfə Ermənistanda qadın poliqonlar təşkil olunub. Ödənişsiz keçirilən təlimlərdə bir sıra silah nümunələri nümayiş etdirilir. Atəş məşqləri keçirilir, dəqiq nişanalma öyrədilir. Eyni zamanda yaralılara tibbi yardım dərsləri də var.
Deputat qadın daha sonra deyib ki, məncə silahdan istifadə etməyi, tibbi yardımı bilmək kişilər, qadınlar, hər kəs üçün çox vacibdir.
-Düşünürəm ki, ən əsası ilkin tibbi müdaxiləni öyrənməkdir. Bunlar bizə çox lazımdır. Çünki qonşularımıza qarşı hər zaman hazırlıqlı olmalıyıq.
Siyasi ekspert Ədalət verdiyev bununla bağlı fikrini bildirərkən deyib: “Əlbəttə ki, olun, lakin bunun eyforiyasına qapılıb qarşınızdakının kim olduğunu isə əsla unutmayın. Nəticədə Azərbaycan əsgəri evdə oturub sizi poliqona göndərənlərə heç bənzəmir. Bizə qarşı mövqey tutan istənilən düşmən əsgəri, onun cinsindən asılı olmayaraq, məhv ediləcək. Buna görə də məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyini üzərinə düşür. Yaxşı olar ki, biz artıq Ermənistan təxribatlarını birdəfəlik onlara sıfırlamaq üçün tarixi torpaqlarımızda, İstusu, Basarkeçər, Qafan, Gorus, Qarakilsə bu istiqamətdə bir təhlükəsizlik zolağı yaratmalıyıq. Bəlkə, bundan sonra düşmən təxribatlarının miqyası əvvəlki ilə müqayisədə kifayət qədər azala bilər”.
Ekspert daha sonra əlavə edib ki, təbii, düşmən tərəfin bu addımı yeni təxribatlardan xəbər verir. Bu isə mülki şəxslərin əlinə silah vermək, daha sonra Azərbaycan əsgəri dinc əhaliyə atəş açır, demək üçün zəmin yratmaqdan başqa bir şey deyil.
Təbii ki, döyüş zamanı əlində silah olan heç bir kəs dinc, milki əhali hesab edilə bilməz. Bununla belə silaha və döyüşə bu qədər həvəslidirlərsə, Azərbaycan Ordusu da onaları sərhəddə böyük həvəslə gözləyəcək. Necə deyərlər, hodru Meydan.
Hazırladı: Tahirə AĞAMİRZƏ