Hərbi ekspert Ədalət Verdiyev İTV-yə açıqlamasında bildirib ki, iyulun 17-si axşam saatlarından gecəyarısına qədər, təxminən 3 saata qədər davam edən atəşkəs pozuntusu erməni silahlı qüvvələrinin birmənalı olaraq, Azərbaycanın yeni hərbi əməliyyatlara başlamasını şərtləndirir: “Düşmənin atəş açdığı mövqelər darmadağın edilməyənə qədər, mümkün olduğu halda isə həmin mövqelərdə Azərbaycan əsgərinin, Azərbaycan bayrağının yerləşdirilməsi ilə paralel fəaliyyətləri həyata keçirilməyənə qədər düşmən təxribatları ara verməyəcək. Başqa sözlə desək, atəş açan düşmənə qarşı cavab tədbirlərinin dozasını adekvat kateqoriyasından daha təsirli və effektiv tədbir dozasına qədər qaldırmalıyıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ