15.09.2025, 17:42
AZ EN
15.09.2025, 16:02 203

Zəngəzur dəhlizi regiona sabitlik gətirəcək

YAZILAR
  • “İki məqama fikir bildirmək istəyirəm. Birincisi, Ermənistanda ayrı-ayrı şəxslərin, xüsusən də dövlət idarəçiliyində olan şəxslərin kommunikasiya xətlərinin açılmasına dair tələskənliyi ilə bağlı. Sözü tez-tez demək, tez-tez gündəmə gətirmək və hansısa niyyət ifadəsi demək deyil. Ermənistan əgər həqiqətən də Zəngəzur dəhlizinin, ümumiyyətlə, kommunikasiya xətlərinin açılmasında maraqlı idisə, bu günə qədər heç olmasa, həmin o 44 kilometrlik ərazidə müvafiq olaraq texniki əsaslandırma işlərini  aparmalı idi”.

Bunu ARB24-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, bildirib ki, Azərbaycan artıq demək olar ki, prosesləri yekunlaşıb: “Möhtərəm Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın Ermənistan sərhədinə qədər dəmir yolu və avtomobil xəttinin çəkilməsi tam şəkldə müasir standartlara uyğun və orda dəhliz tələblərinə cavab verməsi üçün biz işləri sürətləndirsək, 6 ay ərzində yekunlaşdıra bilərik. İşlər, emək olar ki, yekunlaşıb. Ermənistan tərəfdə isə hətta bunun əsası üçün texnikiəsaslandırma kağız üzərində belə hazır deyil. Yəni bu mənada mən Ermənistan tərəfinin o bəyanatlarını o qədər də  səmimi qəbl etmirəm.  O ki, qaldı sülh prosesindən sonrakı mərhələdə, əlbəttə ki, Ermənistan başa düşməlidir ki, sülh bölgəyə gəlirsə, əməkdaşlıq mühiti Ermənistana ancaq və ancaqfayda verə bilər. Bu mənada onların məsələnin mahiyyətini başa düşdüyünü, amma addım atmadığının şahidi oluruq”.

Millət vəkili daha sonra əlavə edib ki, Ermənistanın  zaman-zaman sülh prosesini beynəlxalq təbliğat mövzusuna çevirməsi məsələsinə toxunaraq qeyd edib ki, sanki Ermənistan sülh istəyir, amma Azərbaycan  istəmir: “Lakin Azərbaycan müvafiq olaraq sülh sazişinin paraflanmasını həyata keçirməklə, Ermənistanı bu alətdən də məhrum etdi.

İndiki məqamda Ermənistan kommunikasiyaların açılmasını istəyir və  çox yaxşı. Bunun üçün kifayət qədər öz ərazilərində kommunikasiya xətlərinin açılmasın istəyirsə, öz ərazilərində ən qısa müddətdə həmin xəttin çəkilməsini təmin etməlidir. Yəni bu gün kommunikasiya xəttini istəmək və açılması, bu, birbaşa Ermənisanın özünün problemidir. Ermənistan həmin ərazilərdə kommunikasiya xətlərini çəksəyidi, yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalamaması həmin kommunikasiya xəttinin açılmasına maneə olsaydı, bu barədə başqa cür danışardıq. Amma günü bu gün biz sülh müqaviləsini imzalasaq, o kommunikasiya xətti işə düşə bilmir. Çünki Ermənistan həmin əraziləri vaxtilə dağıdıb və həmin ərazilərdə Ermənistanın Zəngəzur hissəsində  kommunikasiya xətti yoxdur. Dəmiryolları yoxdur. Heç olmasa,  Ermənistan o tələskənliyni əməldə də göstərməlidir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər