17.06.2025, 22:52
AZ EN
12.08.2024, 07:43 315

Ermənistanın bu cür sürətlə silahlanması heç də sülhdən xəbər vermir

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün məzuniyyəti başa çatır. Onun vəzifısinin başına dönüşü ilə ölkə həyatında  bir çox yeniliklər gözlənilir. Yerli mətbuatda yayılan məlumatlara əsasən Paşinyan mətbuat konfransı keçirərək cavabını gözləyən bir sıra suallara aydınlıq gətirəcək. Azərbaycanla sülh sazişi Ermənistan konsitusiysının dəyişdirilib dəyişdirilməməsi ilə bağlı və digər mövzular barədə açıqlamalar veərəcəyi gözlənilir.

“Paşinyan ənənəvi olaraq yenə sülh termini ətrafında manipulyasiyalar edəcək. Ermənistanın sülhə hazır olduğu ilə bağlı bəyanat verəcək, amma faktiki vəziyyət ondan ibarətdir ki, Ermənistan sülh prosesindən yayınır və təbii ki, bu,

Ermənistanın özünün müstəqil qərarı deyil. Məhz onun arxasında duran güclərin təlimatları əsasında bunu həyata keçirir. Ermənistanın bu cür sürətlə silahlanması heç də sülhdən xəbər vermir”.

Bunu “ARB24”-ə açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Paşinyanın Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirak edib etməyəcəyi qərarı da maraqla gözlənilən məsələlərdən biridir. Onun  mətbuat konfransında bu mövzuya aydınlıq gətirəcəyi qeyd olunur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər