Erməni mətbuatı günorta paylaşımlar edib ki, hələ də cəzasız qalmış cinayətin nəticəsində öldürülən hayların xatirəsinə həsr olunmuş tədbirlər keçirilməkdədir. Baş nazir Nikol Paşinyan, prezident Vahaqn Xaçatryan və digər yüksək rütbəli dövlət rəsmiləri İrəvandakı abidəni ziyarət edib və oraya əklillər qoyduqdan sonra mətbuat üçün brifinq keçirilib. Baş nazir bildirib ki, 15 il keçsə də müqəssirlər müəyyənləşməyib və cinayətkarlar cəzasız qalmaqda davam edirlər. Jurnalistin "cinayətin üstü bəs son beş ildə niyə açılmayıb" sualına isə rəsmilər formaca müxtəlif, məzmunca eyni cavabı veriblər, yəni istintaq əməliyyat tədbirləri davam etdirilir və günahkarlar aşkar edilərək cəzalandırılacaq. Həmin cinayətin bu gün də, amma başqa üsulla davam etdiyini vurğulayan baş nazir Nikol Paşinyan konkret ad çəkməsə də cinayətin "Qarabağ klanı" tərəfindən törədildiyinə ehyam vurub və əlavə edib ki, onlar bu il mütləq müttəhimlər kürsüsündə oturacaqlar.
N.Qaramanlı