10.03.2025, 10:43
AZ EN
09.05.2023, 15:29 295

Paşinyan yenə sərsəmlədi

YAZILAR

Dünən Moskvaya gedən və bu gün bir sıra postsovet ölkələrinin rəhbərlərinin də qatıldığı Qələbə paradında iştirak edən erməni baş nazir Nikol Paşinyan faşizm üzərində qələbənin 78-ci ildönümü ilə bağlı Ermənistan vətəndaşlarına təbrik məktubu ünvanlayıb. O, deyib ki, 1941- 45-ci illərdəki müharibədə 300 mindən çox erməni həlak olub, 107 erməni Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Faşizm üzərində qələbənin əldə edilməsində ermənilərin böyük rol oynadığını xüsusi ifadələrlə vurğulayan baş nazir Azərbaycanın əleyhinə böhtanlar atmaqdan da yenə yan keçə bilməyib. O, deyib ki, 2020-ci ildəki 44 günlük müharibədən sonra ölkədə keçirilən qələbə bayramı öz forma və məzmunu ilə əvvəlkilərdən fərqlənir. Buna səbəb isə guya Azərbaycanın tez-tez atəşkəsi pozaraq Ermənistan ərazisinə daxil olmasıdır.

Yeri gəlmişkən qeyd edək ki, 1941-ci ildə Ermənistan vətəndaşlarından yaradılmış diviziyanın şəxsi heyətinin yarıdan çoxu məhz Qərbi azərbaycanlılardan ibarət olub və bu həqiqəti əks etdirən sənədlər Moskvadakı hərbi arxivdə indi də qalmaqdadır. Sözügedən diviziyada tabor komandiri olmuş Ermənistanın əməkdar müəllimi Balı Sərdarovun 30 il öncə "Vətən səsi" qəzetində dərc edilmiş xatirələrində yazdığı kimi, həmin tabor həmişə ən çətin döyüşlərdə öndə olsa da mükafat məsələsində onlar yox, ermənilər önə çəkilib.

Bu baxımdan erməni baş nazirin sözügedən təbrikində öz soydaşlarının "igidliyindən", necə deyərlər, nağıl danışması sırf saxtakarlıq nümayişidir.

N.Qaramanlı

Oxşar xəbərlər