14.07.2025, 17:19
AZ EN
14.07.2025, 13:32 202

Əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi Milli Liderimizdir

YAZILAR
  • Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz, əbədiyaşar Şəxsiyyətdir....

"14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Məhz həmin tarixdən qısa müddət sonra, 5 avqust 1969-cu il tarixində Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi".

Bunu Milli Məclisin depuyatı Vüqar Bayramov deyib.

Millət vəkili vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi qısa zamanda respublika iqtisadiyyatında fundamental dəyişikliklərin əsasını qoydu: "İttifaq əhəmiyyətli müəssisələrin Azərbaycanda qurulması və fəaliyyətə başlaması sənayenin inkişafına xüsusi təkan verdi. Belə ki, artıq ötən əsrin 80-ci illərin əvvəllərində ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i Azərbaycanın payına düşürdü.

İqtisadiyyatın inkişafı ilə bağlı aparılan ardıcıl tədbirlər nəticəsində respublikaya cəlb edilən sərmayələrin həcmində ciddi artımlar qeydə alındı. Nəticədə, 1980-ci ildə bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 13,3 min rubl idisə, Azərbaycanda bu göstərici 19,5 min rubl idi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü".

V.Bayramov daha sonra qeyd edib ki, əldə edilən uğurlar müasir çağırışlara uyğun olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildı: "2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 75 milyard dollara çatıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idisə, bu rəqəm artıq 74 milyard dollardan çoxdur.

Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi Milli Liderimizdir. Qarabağı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezidentin idarəçiliyinin yetirmələridir".

Ulu Öndəri hörmət və ehtiramla anırıq!.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər