Məlum olduğu kimi, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyan bu günlərdə "Yerablur" hərbi məzarlığında 2016-cı il aprel döyüşlərində gəbərdilmiş hayları "ziyarət" edərkən 2020-ci ildəki 44 günlük müharibədə 11 mindən artıq fərari olduğunu açıqlayıb və bu birmənalı qarşılanmayıb. Müxtəlif radikal qruplar buna öz etirazlarını bildirməklə həm də bu gün parlamentin binası önündə etiraz aksiyası keçirərək hökumətin istefasını tələb edəcəkləri barədə israrlı olduqlarını bildiriblər. Ermənistan parlamentindəki müxalif "Hayastan" fraksiyasının üzvü Geğam Nazaryan isə olaya sırf başqa mövqedən yanaşaraq Anna Hakopyanın dövlət sirrini açıqladığını və bunun üçün cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirib. Deputat əlavə edib ki, Anna bu sirri yaymaqla düşmənə xidmət etdiyini isbatlayıb.
Erməni deputat hayların fərari deyil, guya qəhrəman olduğu barədə də bir neçə saxtalaşdırılmış "fakt" açıqlayıb.
Əlbəttə, hayların cəsusluğu yenilik deyil və bu da həqiqətdir ki, ermənilərin 11 mindən çox fərarisi olduğunu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev elə müharibə vaxtı açıqlamışdı. Bu baxımdan Nikolun Annasını dövlət sirrini açıqlamaqda suçlandırmaq yalnız hay mentalitetinindən əmələ gələn görməmişlikdir.
Nəsib Qaramanlı