Sovet hakimiyyəti illərində Moskvadan digər respublikalarla müqayisədə daha çox pul vəsaiti alan Ermənistan SSRİ-nin süqutundan sonra iqtisadi çətinliklər burulğanına düşüb. Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, yüzlərlə yaşayış məntəqələrini, abidələrini yerlə yeksan edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra da öz eybəcərliklərini müxtəlif formalarda davam etdirirlər. Hakimiyyətdə olduğu 4 il ərzində öz yalanları və məntiqsiz ifadələri ilə həm də elə ermənilərin özlərinin gülüş obyektinə çevrilən Paşinyanın Ermənistana yeni bacılar axtarışı noyabrda da davam edib. Belə bacılardan biri də Hindistandır. Müsəlman İran ölkəsi kimi krişnaçı Hindistan da Ermənistan kimi mənəviyyatdan xəbərsiz bacılarına yenə də müxtəlif üsullarla himayədarlıq etməkdədir. Noyabrın 28-də və 29-da erməni KİV-lərinin yaydıqları xəbərlər də deyilənləri tam təsdiq edir. «Hraparak» informasiya agentliyi «Hindistan və Ermənistan müdafiə sahəsində böyük işlər görürlər» başlıqlı məqalədə göstərir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnasaqan Səfəryan «Hindistan-Ermənistan, min illik münasibətlərin yeni mərhələsi» adlı toplantıda bu iki bacı arasında əməkdaşlığın getdikcə dərinləşdiyini və yeni məna kəsb etdiyini bildirərək vurğulayıb ki, hər iki ölkənin hərbçiləri arasında da əməkdaşlıq daim genişlənir. Hindistan Ermənistana hərbi yardımlar etməklə onun ordusunun güclənməsinə kömək edir. Erməni rəsmisinin Hindistan və Ermənistan qoşunlarından ibarət hərbi təlimlər keçiriləcəyi barədə açıqlaması isə belə deməyə əsas verir ki, hərbi cəhətdən zəif olan hər iki ölkənin keçirəcəyi hərbi təlimlər balaca uşaqların «dava-dava» oyunu kimi məntiqsiz olacaqdır. Hindistanın İrəvandakı sabiq səfiri Rina Pande isə bildirib ki, hər iki ölkənin hərbi sahədə geniş təcrübəsi var. Ermənistan ordusu 44 günlük müharibədə zəngin təcrübə toplayıb. Sadəlövcəsinə deyilən bu fikirlərin də məntiqdən uzaq olduğunu şərh etməyə ehtiyac yoxdur.
Noyabrın 29-da yayılmış xəbərlərin əksəriyyəti həmişəki kimi daxili siyasət barədədir. Erməni politoloqlar ölkədəki siyasi durumu müxtəlif cür şərh edirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində çıxışı zamanı Ermənistan və onun himayədarları barədə söylədiyi fikirlər erməni politoloqlar tərəfindən həyasızlıqla qarşılanıb. Makronun Ermənistanı dəstəklədiyini təbii hesab edən erməni politoloqlar belə bir fikri vurğulayırlar ki, Fransada ictimai rəy həmişə Ermənistanın tərəfində olub. Makron isə prezident kimi onların fikirlərini ifadə etməyə və Ermənistanı dəstəkləməyə məcburdur. Politoloq Suren Surenyan Ermənistanın həm daxili və həm də xarici siyasətini kəskin tənqid edərək bildirir ki, bir-iki ölkəni çıxmaq şərti ilə bir çox dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir. O, deyib: «Ermənistanda xarici işlər nazirliyi var, amma diplomatiya yoxdur». Xaricdəki erməni lobbisinin Ermənistanın rəsmi siyasətinə müdaxilə etməsi də sözügedən politoloqu düşündürən olaydır. Politoloq Suren Zolyan da Ermənistanda hakimiyyətlə diplomatiyanın bir-biri ilə uzlaşmadığını bildirir və erməni siyasətçilərinin populist çıxışlarını «siyasət emosiyaları sevmir» sözləri ilə dəyərləndirir.
Dekabrın 2-də Ermənistan parlamentinin növbədənkənar iclasında «Hayastan» blokunun təqdim etdiyi layihənin müzakirə edilib-edilməyəcəyi barədə də xəbərlər yayılıb. Qeyd olunur ki, bu blok Azərbaycan Milli Məclisinin noyabrın 8-də yaydığı bəyanatla bağlı müzakirələr keçirib, qətnamə qəbul olunmasında israrlıdır. Rusiya Müdafiə Nazirliyinin öz rəsmi sənədlərində toponimlərimizin uydurma erməni sözləri ilə verilməsinə Azərbaycanın etiraz bildirməsi də erməni mətbuatının bugünkü mövzularından biridir. Mentalitetlərinə uyğun saxtakarlıqla nəyəsə nail olmaq istəyən ermənilər unudurlar ki, Qarabağda və Qərbi Azərbaycanda yaşayan ermənilər həmin yerlərə məhz çar Rusiyasının fitnəkar siyasəti nəticəsində yerləşdiriliblər. Satqınlıq və casusluq genetik xüsusiyyəti olan ermənilərin başqa ölkələrə yarınması da noyabrın 29-da bir erməni mayorun həbs edilməsi ilə bağlı xəbərdə də özünü aydın göstərir. «Hraparak» TV xəbər verir ki, erməni mayor başqa ölkənin xüsusi xidmət orqanı ilə əlaqəyə girərək ona xeyli məxfi hərbi sirlər ötürüb və 2021-ci ilin yanvarından indiyədək həmin xarici kəşfiyyat orqanından 19700 dollar «mükafat» alıb. Vətənə xəyanət maddəsi ilə ittiham olunan bu erməni mayor milli təhlükəsizlik xidmətinə izahat verərkən Ermənistan hakimiyyətinin və ordusunun onsuzda çox zəif olduğunu vurğulayıb.
Ümumiyyətlə isə, xarici havadarlarına arxalanmaqla Azərbaycanla sülh müqaviləsi imzalamağı qəsdən uzadan Ermənistanın məqsədi görünür yenidən Dəmir yumruq altına düşməkdir.
Nəsib QARAMANLI